AVRO-2024-ün yarımfinal və final oyunları bu topla oynanılacaq - FOTO

9 İyul 2024 07:27

UEFA Almaniyada keçirilən Avropa çempionatının yarımfinal və final görüşlərində istifadə olunacaq topun fotosunu təqdim edib.

"Adidas" şirkətinin hazırladığı top yenilənmiş vizual elementləri özündə əks etdirir.

Qeyd edək ki, AVRO-2024-ün yarımfinal görüşləri çərçivəsində iyulun 9-da İspaniya - Fransa, 10-da isə Niderland - İngiltərə görüşləri keçiriləcək.

Milli.Az