10 milyarddan çox istifadəçinin parolu oğurlandı

9 İyul 2024 07:33

Hakerlər böyük məlumat sızması nəticəsində dünya üzrə müxtəlif məşhur saytlardan 10 milyarddan çox istifadəçi parolunu oğurlayıblar.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Sızıntı bütün dünyada fərdlər tərəfindən istifadə edilən real parolların məcmusudur. Çox sayda parolun dərc edilməsi haker hücumları riskini artırır", - məlumatda deyilir.

Milli.Az