Qəzza və Ukrayna arasında fərq qoymuruq - ABŞ

9 İyul 2024 07:49

Vaşinqtonun Qəzza zolağında və Ukraynada baş verən hadisələri qiymətləndirməyə yanaşması fərqli deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Bizim yanaşmamızda heç bir fərq yoxdur (Ukraynada və Qəzza zolağında baş verənlərə dair qiymətləndirmələrdə - red.). Kontekstdə fərq var", - deyə o jurnalistin ABŞ-ın Rusiyanın Ukraynaya zərbələri barədə dərhal açıqlama verməsi, İsrailin Qəzzaya hücumlarını isə aylarla şərh etməməsi barədə sualı cavablandırarkən bildirib.

Milli.Az