ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb

9 İyul 2024 07:17

ABŞ-nin Detroit şəhərində bazar günü şənlik zamanı baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə ilə bağlı saxlanılan şəxs olmayıb.

Yerli KİV-in məlumatına görə, zərərçəkənlər xəstəxanaya aparılıb.

Milli.Az