Livandan İsrailə 20-dən çox raket atıldı

8 İyul 2024 23:29

İsrailin hava hücumundan müdafiə sistemləri Livandan atılan raketlərin bir hissəsini ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Ordusunun "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, İsrail ərazisinə 20-dən çox raketin atılıb. Hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilmədiyi sursatların bir hissəsi yaşayış olmayan əraziyə düşüb.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun