Dərbənddə hücum edənlərlə bağlı qərar verildi

8 İyul 2024 23:03

Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

"Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır", - məlumatda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun