Merihi hədəf alanlar PKK-ya qarşı susdular - Çelik

8 İyul 2024 22:06

Merih Dəmirala verilən cəza qəbuledilməzdir və burada siyasi elementlər var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının rəsmisi Ömər Çelik bildirib.

O vurğulayıb ki, Merihi hədəf alan avropalı siyasətçilər PKK-ya qarşı səslərini çıxartmırlar.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral Bozqurd işarəsi göstərmişdi. UEFA bununla bağlı Almaniyanın şikayəti üzrə araşdırmaya başlayıb. və oyunçuya iki oyunluq cəza verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun