Yunan tanrısının heykəli kanalizasiyadan tapıldı - FOTO

8 İyul 2024 20:45

Qədim Roma kanalizasiyasında yunan tanrılarından birinin təsvir olunduğu düşünülən heykəl aşkar edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, arxeoloqlar Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintica qədim şəhərində qazıntı aparıblar.

Qazıntlar zamanı aşkar edilən heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir etdiyi güman edilir. Alimlər bildirirlər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində dağılıb və artıq 500-cü ildə tamamilə tərk edilib.

Təxminən 2 metr hündürlüyündə olan heykəlin kanalizasiyaya qoyularaq üstünü torpaqla örtməklə qorunulduğu güman edilir. Lakin bu, köhnə inancların simvolik olaraq rədd edilməsi kimi də şərh edilə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun