Volodin bu ölkələri hədələdi: "Sizi də Fransanın aqibəti gözləyir"

8 İyul 2024 20:35

Fransada seçkilər Makronun özünün təşəbbüsü ilə elan edilib. Fransızlar hər kəsə səs verməyə hazırdırlar, amma Makrona yox.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında yazıb

"Fransada hakimiyyət uğrunda mübarizə gedir. Qalib partiya hökumətin formalaşmasının ona təhvil verilməsini tələb edir", - Dövlət Dumasının spikeri yazıb.

O, etiraf edib ki, liderləri suveren dövlətlərin işlərinə qarışmağa çalışan digər Avropa ölkələrini də oxşar aqibət gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun