ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək.
Bu barədə Milli.Az-a DTHİB-dən məlumat verilib.
"Biz 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət almışıq və müşahidəçilərin sayı, çox güman ki, fevralda keçirilən prezident seçkilərindəki ilə eyni olacaq. Dəqiq təfərrüat barədə danışmaq hələ tezdir", - Bürodan bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun