Xaçatryanın mülkü müsadirə olundu

8 İyul 2024 20:22

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki mülkü müsadirə olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, evin satışından əldə ediləcək gəlirin böyük hissəsinin Ermənistana qaytarılması üçün ABŞ-ın səlahiyyətli orqanları ilə danışıqlar aparılır.

Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun