Azərbaycanda kişi "Cekpot" udmaq üçün lotereya oğurladı, TUTULDU

8 İyul 2024 18:55

Ucarda lotereya oğrusu tutulub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində qeydə alınıb. 

Oradakı köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlanıb.

Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Əli Salmanov polis əməkdaşları tərəfindən tutulub. 

Onun yaşadığı evə baxış zamanı marixuana da aşkarlanıb götürülüb. 

Ə.Salmanov "cekpot" udmaq üçün lotereya oğurladığını deyib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun