Zelenski: Rusiya ilə Ukrayna arasında Bbu ölkələr vasitəçilik edə bilər, Macarıstan yox

8 İyul 2024 18:12

Macarıstan Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilməz.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu missiyanı üzərinə yalnız ABŞ, Çin və Avropa İttifaqı götürə bilər.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Ukraynada səfərdə olub. Daha sonra Rusiyaya səfər edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun