"Beşiktaş" italiyalı ulduz hücumçunu alır

8 İyul 2024 16:30

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni hücumçu ilə gücləndirir.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Latsio" komandasından Çiro İmmobileni transfer edir.

34 yaşlı forvardla 2 illik müqavilə imzalanacaq. Onun qarşıdakı günlərdə İstanbula gedəcəyi gözlənilir.

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən Roma klubunun formasını geyinir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun