Ekoloji, sosial və idarəetmə prinsiplərinə ümumi baxış və trendlər

8 İyul 2024 15:22

ESG - ekoloji (ətraf mühitə potensial və mövcud təsirlər), sosial (cəmiyyət, işçilər və ümumi sosial mühitə yanaşmalar) və idarəetmə (şirkət əməliyyatlarını tənzimləyən daxili struktur və proseslərin idarə olunması) olmaqla 3 əsas istiqaməti əhatə edir.

Dayanıqlılıq hesabatları standartları

2022-ci ildə dayanıqlılıq sahəsində hesabatların açıqlanması dünyanın ən iri 250 şirkəti arasında 96% təşkil edib. 20 il əvvəl isə belə şirkətlər yalnız 35% təşkil edirdi. Dayanıqlılıq hesabatları sahəsində yeni çağırışlar və maraqlı tərəflərin gözləntilərindən irəli gələn sürətli və əhəmiyyətli dəyişikliklər baş verir. Bu dəyişikliklər IFRS və ESRS kimi yeni standartların və sistemlərin yaranmasına gətirib çıxarır.

IFRS standartları: 2023-cü ildə Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (ISSB) IFRS Dayanıqlılıq məlumatlarının Açıqlanması Standartlarını dərc edib.

ESRS standartları dayanıqlılıqla bağlı məlumatları ardıcıl və müqayisə edilə bilən şəkildə açıqlamaq üçün Avropa Dayanıqlılıq Hesabatları Standartlarıdır. Bu standarlar 2024-cü ildən etibarən Korporativ Dayanıqlılıq Hesabatları Direktivinin (CSRD) əhatəsinə aid olan bütün şirkətlərə tətbiq ediləcək. Standartlar iqlim dəyişikliyi, biomüxtəliflik, insan hüquqları, mükafatlandırma və korrupsiya ilə mübarizə kimi ətraf mühit, sosial və idarəetmə mövzularını əhatə edir.

Azərbaycanda ESG üzrə ikişaf perspektivləri

Paris Sazişi iqlim dəyişikliyinin tənzimlənməsi ilə bağlı qəbul olunmuş beynəlxalq razılaşmadır. Azərbaycan Paris Sazişini 2016-cı ildə imzalayıb və 2017-ci ildə sazişin müddəaları qüvvəyə minib.

Məqsədlər:

Öhdəliklər:

Azərbaycan "SDG Index 2023" Qlobal Reytinqində 73,5 xalla 53-cü yerdədir.

Azərbaycan şirkətlərinin üzləşdiyi risklər

ESG riskləri

Ekoloji

İqlim dəyişikliyi

Enerji səmərəliliyi

Su qıtlığı

Biomüxtəlifliyin itirilməsi

Sosial

İnsan hüquqları

Kadrların yetişdirilməsi

Sağlamlıq və təhlükəsizlik

Dayanıqlı iqtisadi inkişaf

İdarəetmə

Komplayns

Korrupsiya

Şəffaflıq

ESG risklərin idarə olunması

Fiziki iqlim riskləri

Artan buxarlanma və sahil eroziyası

Quraqlıq və daşqın

Havanın kəskin qızması

Yoxsulluq və bərabərsizlik

Qidalanma

Azərbaycanın ESG üzrə prioritetləri

Karbon qiymətləndirmə sistemi və karbon vergisi

Emissiyaların Ticarət Sistemi qlobal ÜDM-in 55%-dən çoxunu və qlobal istixana qazı emissiyalarının 17%-dən çoxunu yaradan ölkələrdə mövcuddur. Azərbaycan emissiyaya nəzarət vasitələrinin işlənib hazırlanmasını ölkənin əsas prioritet sahələrinə daxil etməsə də, bu iki əsas üstünlük yarada bilər. Bunlar Azərbaycandan xarici ölkələrə ixrac xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq hədəflərin və prinsiplərinin daha çevik və effektiv inteqrasiyasıdır.

Qeyd: Azərbaycanda ESG-nin geniş təşviqi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 30 sentyabr 2022-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" işçi qrupunun "Ekoloji, sosial və korporativ idarəetmə standartları" üzrə altqrupu yaradılıb. Altqrupa Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir.

Fidan Sadıxlı

EY Azərbaycan şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlər bölməsinin meneceri

Bu material "Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üzrə Yol Xəritəsi"nin 8-ci bəndi üzrə maraqlı tərəflərin məlumatlandırılması məqsədilə hazırlanıb.