Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

8 İyul 2024 16:18

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan öz teleqram kanalında paylaşıb. 

Onun sözlərinə görə, iclas zamanı ölkənin Silahlı Qüvvələrində cari islahatlar, vahid avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, eləcə də bioloji təhlükəsizliyə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının sonuncu iclası fevralda baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun