“Fənərbağça” müdafiəçisini göndərdi

8 İyul 2024 15:50

Türkiyənin "Fənərbağça" klubu müdafiəçi Serdar Azizlə yollarını ayırıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk müdafiəçi baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayıb. 33 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, "Fənərbağça" Serdar Azizi 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan transfer etmişdi. Türkiyə millisinin sabiq üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun