Prezidentin başçı təyin etdiyi Məmmədxanov kimdir?

8 İyul 2024 15:33

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, S.Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

1985-1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışıb.

1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildə "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun