Prezident Fikrət Əzizovu təltif etdi

8 İyul 2024 15:09

Prezident İlham Əliyev F.N.Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fikrət Nəhməd oğlu Əzizov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az