Sahir Məmmədxanov Qusarın icra başçısı təyin olundu

8 İyul 2024 14:20

Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, Qusarın əvvəlki icra başçısı Şair Alxasov bu ilin mayında vəzifəsindən azad edilmişdi.

Milli.Az