Döyüş yoldaşlarını xilas edən 20 yaşlı azərbaycanlı həlak oldu

8 İyul 2024 14:06

Voronej vilayətinin azərbaycanlı icması Rusiya Silahlı Qüvvələrinin əsgəri Sahib Əsədullayevin ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edildiyi barədə məlumat yayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Borisoqlebsk şəhərinin sakini Sahib Yusif oğlu Əsədullayev iyunun 29-dan 30-na keçən gecə "Donetsk Xalq Respublikası" ərazisinə pilotsuz təyyarənin hücumu zamanı həmkarlarını təkbaşına müdafiə edərək qəhrəmancasına həlak olub.

20 yaşlı gənc altı yoldaşının həyatını xilas edib.

Milli.Az