Ofeliya Mədətqızı vəfat etdi

8 İyul 2024 13:08

Tanınmış şair, publisist, dramaturq Ofeliya Mədətqızı (Xəlilova) vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, O.Mədətqızı 69 yaşında dünyasını dəyişib.

Qeyd edilib ki, birinci qrup əlilliyi olan şairin səhhətində son vaxtlar narahatlıqlar yaranmağa başlayıb.

O.Mədətqızı Gəncə şəhərində dəfn olunub.

Milli.Az