30 il Tanrıya dua etdim ki... - Təranə Muradova "Tofiq Abbasovla dialoq" verilişində - VİDEO - FOTO

8 İyul 2024 10:56

Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişin qonağı Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova olub.

Muradovanın sözlərinə görə, o, 30 il əvvəl "Xarıbülbül" festivalında iştirak edib.

"30 il Tanrıya dua etdim ki, o torpağa qayıdım, onun ruhunu hiss edim. Mən 30 ildən sonra oraya qayıtdım və torpaqlarımızı işğaldan azad edənlərin qarşısında baş əydim", - o deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

Milli.Az