Rusiya zərbə endirdi, Polşa qırıcıları havaya qalxdı

8 İyul 2024 11:20

Polşa Silahlı Qüvvələrinin komandanlığı sakinləri Rusiyanın Ukrayna ərazisinə hücumları ilə əlaqədar ölkənin cənub-şərq bölgələrində hərbi aviasiya uçuşları ilə bağlı xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Polşa ordusu məlumat yayıb.

Bildirilib ki, bu gecə Rusiyanın uzunmənzilli aviasiyası Ukrayna ərazisinin qərbində yerləşən hədəflərə zərbə endirib:

"Rusiya qoşunlarının Ukraynanın qərb vilayətlərinə hücumlarında sonuncu dəfə iyunun 21-dən 22-nə keçən gecə belə aktivlik qeydə alınıb. Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlar işə salınıb və Silahlı Qüvvələrin operativ komandanlığı vəziyyəti daim nəzarətdə saxlayır".

Milli.Az