Tu-22-ni oğurlamaq üçün pilota bu qədər pul verilibmiş - YENİLƏNİB

8 İyul 2024 13:54

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Tu-22M3 strateji bombardmançı təyyarəsinin qaçırılması ilə bağlı Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı barədə detalları açıqlayıb.

Axar.az xəbər verir ki, FSB yaydığı görüntülərdə rus pilota təyyarəni qaçırmaq üçün 3 milyon dollar vəd edildiyini bildirib.

FSB həmçinin pilotla əməliyyatçıların yazışmalarının görüntüsünü yayıb

-------

12:17

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsinin xaricə qaçırılması əməliyyatı keçirmək cəhdinin qarşısını alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə FSB məlumat yayıb.

Bildirilib ki, Ukrayna xüsusi xidmət orqanlarının məqsədi rus strateji təyyarəsini NATO ölkələrindən birinə qaçırmaq və onun hazırlanma texnologiyasını öyrənmək olub. Ukraynalılar buna görə pilotu ələ keçirməyə çalışıb, ona pul mükafatı və italiya vətəndaşlığı vəd edilib.

Qeyd edək ki, Tu22M3 Rusiyanın öyündüyü uzaqmənzilli strateji bombardmançısıdır.

Milli.Az