İranda polis bölməsinə hücum: ölənlər var

8 İyul 2024 13:50

İyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Etnik bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.

Rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb.

Milli.Az