Şuşaya işləməyə gedirdilər - xəstəxanaya düşdülər

8 İyul 2024 08:21

Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, minik avtomobili traktorla toqquşub.

Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanlardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun