ABŞ-da atışma - ölənlər var

8 İyul 2024 06:11

ABŞ-nın Miçiqan ştatının Detroyt şəhərində baş verən silahlı insident nəticəsində azı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştat polisi sosial şəbəkədə bildirib.

"Miçiqan ştatı polisi silahlı insidentin araşdırılmasında Detroyt Polis Departamentinə yardım edir. İlkin məlumatlara görə, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər ölüb", - məlumatda diqqətə çatdırılıb.

Hadisə küçə şənliyində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun