“Sənə görə dəli oluram və bütün dünyanın bunu bilməsini istəyirəm”

8 İyul 2024 01:00

Kamerun prezidentinin qızı rəfiqəsi, model Layons Valensa ilə münasibətdə olduğuna eyham vurub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Kamerun prezidentinin qızı Brenda Biya sosial şəbəkədə öpüşdüyü kadr yayımlayıb.

26 yaşlı qız uzun müddətdir rəfiqəsi, braziliyalı model Lyons Valensa ilə liftdə çəkdirdiyi fotosunu yerləşdirib və bunun altında yazıb: "Sənə görə dəli oluram və bütün dünyanın bunu bilməsini istəyirəm".

Buna görə də Brenda Biya atasının idarə etdiyi ölkədə eynicinsli münasibətlərin qeyri-qanuni olması ilə bağlı yazdığı posta qəzəbli reaksiya verib.

Milli.Az