"Yaltaqlıq edirlər"

7 İyul 2024 23:55

"Başa düşdüm ki, insanlar bir az pilləni qalxan kimi əvvəl kim olduqlarını unudurlar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı sosial şəbəkə hesabında yazıb. 

"İnsanlar dəhşətli dərəcədə yaltaqlıq edirlər. Özlərinə aid olmayan insanlara yaltaqlıq edirlər, guya bunlar həmin insanla yaxın münasibətdədirlər. O insanların kölgəsində özlərini reklam edirlər. Bir az düşünün. Yaltaqlıqla qabağa getmək istəyənlər tez enir" deyə, ifaçı əlavə edib. 

Milli.Az