Ərdoğan ABŞ-yə gedəcək

7 İyul 2024 22:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-11 iyul tarixlərində baş tutacaq NATO Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün ABŞ-a gedəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Ərdoğan toplantıda bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya getmişdi.

Milli.Az