Rusiyada güclü zəlzələ oldu

7 İyul 2024 20:27

Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

"Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub", - məlumatda bildirilir.

Qeyd olunur ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.

Milli.Az