Suriyada avtobus aşıb, 13 nəfər ölüb

7 İyul 2024 19:38

Suriyanın Hüms əyalətinin cənubunda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, daha 37 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Qurum qeyd edib ki, avtobus Hüms - Dəməşq magistral yolunda aşıb.

Məlumata görə, hadisə yerində fövqəladə hallar xidməti və polis işləyir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Milli.Az