İranda hərbi gəmi qəzaya uğrayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, "Sahand" esminesinin bir hissəsi Bəndər-Abbas limanı yaxınlığındakı bazada batıb.
Qəzanın səbəbinin təmir zamanı gəminin balans çənində problemlərin yaranması ehtimalı olduğu bildirilir. Xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun