Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Türkiyə millisinin məğlubiyyətindən sonra təsəlli paylaşımı edib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, paylaşımda deyilir:
"Canınız sağ olsun... Mübarizə və əzmkarlığınıza görə təşəkkürlər".
S. Bayraktarın sosial media hesabındakı paylaşıma minlərlə insan reaksiya verib.
Xatırladaq ki, dünən Türkiyənin futbol komandası Niderland ilə 1/4 finalda mübarizə apararaq, 2:1 hesabı ilə məğlub olub və nəticədə Avropa çempionatından kənarda qalıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun