Məşhur türkiyəli ulduza konsertində "HÜCUM" - VİDEO

7 İyul 2024 15:14

Türkiyəli müğənni Cem Adrianın Vanda verdiyi konsertdə xoşagəlməz hadisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  sənətçinin üzünə plastik su qabı atılıb. İfasına davam edən Adrian daha sonra açıqlama verib:

"Utanc hissi yaşamanızla bağlı xeyli mesajlar alıram. Mən özümü çox yaxşı və gözəl hiss edirəm. Belə hiss etməyinizə ehtiyac yoxdu. Mən gül bağçasında idim, 1-2 tikana görə bağçaya küsməzlər. Mən gülə görə tikanı da sevirəm. Möhtəşəmsiniz Van. Hər şey üçün minnətdaram".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun