Arda Gülər Ronaldonun nailiyyətini təkrarladı

7 İyul 2024 13:50

Türkiyə millisinin futbolçusu Arda Gülər növbəti dəfə diqqət mərkəzinə düşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, O, Niderland ilə Avro-2024-ün 1/4 final matçında (1:2) assist etməklə buna nail olub.

19 yaşlı yarımmüdafiəçi ​​üçün bu, Avro-2024-də onun ikinci məhsuldar ötürmə olub. O, Avropa Çempionatları tarixində bir dən çox qol pası verən dördüncü gənc futbolçu olub.

1984-cü ildə belçikalı Enzo Şifo, 2004-cü ildə Kriştiano Ronaldo, Avro-2024-də isə ispaniyalı Lamin Yamal bunu bacarıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun