Ebeko vulkanı püskürdü

7 İyul 2024 13:37

Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında kül püskürməsi qeydə alınıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Hündürlüyü 1 156 metr olan vulkanda iki kilometr hündürlükdə kül püskürməsi baş verib. Kül kütləsi vulkandan beş kilometr şimala doğru uzanıb.Ebeko vulkanı kül püskürüb

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun