Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

7 İyul 2024 13:25

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  diplomat Almaniyada xarici səfərdədir.

"Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam", - Lemmi deyib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun