Təcili yardım avtomobili zəncirvarı qəzaya düşdü - FOTO

7 İyul 2024 12:51

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə H.Əliyev prospekti ilə Memar Əcəmi küçələrin kəsişməsində baş verib.

İki "Mersedes" markalı avtomobillər və TƏBİB-ə məxsus təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforun işləməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun