Ermənistanda kütləvi dava və atışma olub, xəsarət alan var

7 İyul 2024 00:05

Ermənistanın Ararat vilayətinin Avşar kəndində sakinlər arasında kütləvi dava silahlı insidentlə nəticələnib.

Milli.Az "report"a istinadən bildirir ki, 18 yaşlı Karen K. ilə 27 yaşlı Lüdviq M. arasında dava olub. Bu vaxt sonuncu Karenin ayağına odlu silahdan atəş açıb.

"Shamshyan.com" bildirib ki, davada 3-4 nəfər iştirak edib. Hadisəni törədən Lüdviq M. qaçıb. Hazırda polis onun tapılması və davanın digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Milli.Az