"Ailə"nin daha bir aktrisası bu serialda rol alacaq - FOTO

7 İyul 2024 08:45

Türkiyəli aktrisa Emel Göksunun yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Deha" serialında rol alacaq. O, layihədə aktyor Aras Bulut İynemlinin nənəsi "Cavidan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, Emel son olaraq final edən "Ailə" serialında rol alıb. O, layihədə Kıvanç Tatlıtuğun nənəsinə həyat vermişdi. Ekran işində rol alan aktyor Umutcan Ütebay də "Deha"ya çəkiləcək.

Milli.Az