2 yaşlı uşaq pəncərədən yıxılıb öldü

6 İyul 2024 22:35

Abşeronda 2 yaşlı uşaq evin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.

Nəzarətsiz qalan 2022-ci il təvəllüdlü Onur Saday oğlu Cəbrayılov pəncərədən yıxılaraq ölüb.

Fakt araşdırılır.

Milli.Az