Sabahın hava durumu ilə bağlı əhaliyə xəbərdarlıq

6 İyul 2024 22:17

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil.

Milli.Az