Pezeşkian nə vaxt and içəcək?

6 İyul 2024 22:00

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin bəzi təfərrüatları açıqlanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, prezidentin aniçməsi ay yarım ərzində baş tuta bilər:

"Prezidentin andiçmə mərasiminə adətən xarici qonaqların dəvət olunduğunu nəzərə alsaq, bu proses müəyyən vaxt tələb edir. Hazırkı proqnozlar göstərir ki, İranın 9-cu prezidentinin andiçmə mərasimi mordad ayının birinci yarısında baş tutacaq".

Milli.Az