"Kaş onların sayı çox olardı"

6 İyul 2024 18:00

"Rəqabət lazımdır, olmasa sənətdə inkişaf olmaz. Bu qısqanclıq, paxıllıq deyil. Gözəl musiqiçi, yaxşı ifaçını görüb onun kimi üzərində çalışmalısan".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Gündən-günə" verilişində deyib. Müğənni şou-biznesdəki rəqabətdən danışıb:

"Kaş mübarizə aparanların sayı çox olardı. Bir yox, 10 Alim Qasımov olardı. Ehtiram Hüseynova qulaq asanda ürəyim gedir. Bizdə rəqabət yoxdur. Qarşısını alırlar". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun