«Milan» İbrahimoviçi alır?
25 May 2010 13:26
İtaliya mətbuatının yazdığına görə, milanlılar yaxın günlərdə hücumçunun transferi ilə bağlı "Barsa" rəhbərliyinə müraciət etməyə hazırlaşır.
Xatırladaq ki, bir neçə gün əvvəl kataloniyalılar "Valensiya"nın hücumçusu David Vilyanı rənglərinə qatıb. Bu səbəbdən klubun İbrahimoviçi satması gözləniləndir. İsveçlini transfer etmək istəyən klubun təxminən 50 milyon avro ödəməli olacağı bildirilir.
Milli.Az