Misirli futbolçu oyun zamanı vəfat etdi

6 İyul 2024 14:22

Misir millisinin və yerli "Fyuçe" klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Hadisə Misir çempionatının XI turunda "Əl-İttihad"a qarşı keçirilən matç zamanı baş verib. 

31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb. 

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun