Prezident: İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır

6 İyul 2024 14:07

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

"İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az