Biz bu məsələlərin həllində birlik olmalıyıq - Tokayev

6 İyul 2024 13:26

Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

O, Bakı və İrəvan arasında normallaşma prosesində müsbət tendensiyaların müşahidə olduğunu qeyd edib.

"Qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsi Qazaxıstanın xarici siyasətinin əsas istiqamətidir. Biz bu məsələlərin həllində birlik olmalıyıq. Münaqişələri həll etməyin yeganə yolu dialoqdur" - o deyib.

Bundan başqa, TDT ölkələri arasında iqtisadi münasibətlərdən bəhs edən C,Yılmaz, ötən il Orta Dəhlizlə yük daşımalarının 65 faiz artdığını vurğulayıb.

"Azərbaycanla nəqliyyat sahəsində sıx əməkdaşlıq edirik", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun